Bakı. Trend:
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.
Bildirilir ki, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə
məhkum edilmiş İlham Bəyiş oğlu Quliyevə qohumu Nağı Mahmud oğlunun
gətirdiyi sovqatda qaynadılmış ətin içərisində gizlədilmiş 2,209
qram marixuana və 3,545 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.