...

Həftəsonuna qədər temperatur 44 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 8 Avqust 2023 13:20 (UTC +04:00)
Həftəsonuna qədər temperatur 44 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Trend-in məlumatına görə, nazirliyin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda ölkə ərazisində isti hava şəraiti müşahidə olunur.

"Əksər rayonlarda hava yağmursuz olsa da, lakin bəzi dağlıq ərazilərdə - Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Cənubdan hərəkət edən isti hava kütləsinin ölkə ərazisində təsiri nəticəsində havanın maksimal temperaturu həftəsonunadək Bakı və Abşeron yarımadasında 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir".

"Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkü yarada bilər. Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində əhalinin bol maye qəbul etməsi məsləhət görülür. Uzun müddət açıq havada günəş şüaları altında qalmaq tövsiyə olunmur", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti