...

Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlandı

Cəmiyyət Materials 12 Avqust 2023 15:38 (UTC +04:00)
Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyun aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz artaraq, 3 milyard 240,3 milyon manat olub.

Trend xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 487,9 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 76,8 faizini təşkil edib.

Cari ilin yanvar-iyun aylarında hər bir şəhər sakini orta hesabla 213,8 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 48,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti