...

Azərbaycan səfiri Keniya Baş naziri ilə görüşdü

Cəmiyyət Materials 15 Avqust 2023 11:11 (UTC +04:00)
Azərbaycan səfiri Keniya Baş naziri ilə görüşdü

Bakı. Trend:

Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev ölkənin Baş naziri Musalia Mudavadi ilə görüş keçirib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Bildirilib ki, görüş cənab Mudavadinin cari ilin mart ayında Qoşulmama Hərəkatının COVID-19 qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Bakıya səfəri haqqında xoş xatirələrlə başlayıb. Səfir Hacıyev 30 illik işğal ərzində Ermənistan tərəfindən viran edilmiş və 44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycan torpaqlarına əhalinin qayıdışı məqsədilə həyata keçirilən iri miqyaslı bərpa və yenidənqurma işləri, bu günə qədər dinc əhalinin həyatına ölümcül təhlükə yaradan və çoxsaylı qurbanlara səbəb olan mina təhlükəsi və minatəmizləmə haqqında məlumat verib. Səfir eyni zamanda, Ermənistanın davam edən qeyri-konstruktiv addımları barədə ətraflı məlumat verib. Ermənistanın təxribatlarına baxmayaraq, Azərbaycan bölgədə sülh və inkişaf naminə səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.

Görüş zamanı Azərbaycan-Keniya münasibətlərinin daha da inkişaf edilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. İnformasiya və kommunikasiya texnologiyaları, enerji, turizm, investisiya, kiçik və orta biznesin əməkdaşlığı, ticarət, mədəniyyət, idman və bir çox digər sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial mövcud olduğu vurğulanıb.

Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti