...

Astarada bir nəfər dənizdə batdı

Cəmiyyət Materials 15 Avqust 2023 19:52 (UTC +04:00)
Astarada bir nəfər dənizdə batdı

Bakı. Trend:

Astarada bir nəfər dənizdə batıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Astara rayonu, Şahağac kəndində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 7 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti