...

İtkin düşən şəxslərlə bağlı 10850 DNT analizi götürülüb

Cəmiyyət Materials 18 Avqust 2023 16:09 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

3750 itkin düşmüş şəxsin 10850 ailə üzvündən DNT analizi götürülüb.

Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, digərlərindən də analizlərin götürülməsi davam edir.

"Götürülməyən analizlər komissiya tərəfindən qaynaqlanan məsələ deyil. Bəzi ailələr müəyyən səbəblərə görə bundan imtina ediblər. Digərlərində isə itkin düşmüş şəxsin bütün ailə üzvləri xaricdə olduğu üçün analiz götürmək mümkün olmayıb", - deyə o qeyd edib.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb.

Xatırladaq ki, bundan əvvəl iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.

İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti