...

Vətən həsrəti sona çatdı - Zabux sakini

Cəmiyyət Materials 25 Avqust 2023 09:31 (UTC +04:00)
Vətən həsrəti sona çatdı - Zabux sakini
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gözəl hisslər keçiririk. Fərəh duyuram ki, 31 illik həsrətdən sonra doğma kəndimizə geri dönürük.

Bunu Trend-ə Laçının Zabux kəndinə geri dönən kənd sakini Tahir Hüseynov deyib.

O qeyd edib ki, doğma yurddan ayrı yaşamaq çox çətin idi.

“31 il idi ki, həyat bizə çox ağır idi, doğma yurdumuzdan ayrı düşmüşdük. Allah Prezident İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Dövlətimizə minnətdaram ki, bizi doğma yurdumuza qaytardı. Artıq vətən həsrəti sona çatdı, öz kəndimizdə gözəl günlər keçirəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Laçının Zabux kəndinə ilk köç başlayıb. ilk mərhələdə 88 nəfərdən ibarət 20 ailə Zabuxa köçürülür. Ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti