...

Ölkədə daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı ARTIB

Cəmiyyət Materials 28 Avqust 2023 16:29 (UTC +04:00)
Ölkədə daşınmaz əmlak üzrə mülkiyyət hüququnun qeydiyyatı ARTIB
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 299 678 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 53,2 % çoxdur.

7 aylıq göstəricinin 47 406-sı (15,8 %) ilkin, 252 272-si (84,2 %) isə təkrar qeydiyyatın payına düşüb.

Qeydiyyatı aparılan əmlaklardan 29 846-sı fərdi yaşayış və bağ evi, 53 408-i mənzil, 209 806-sı torpaq sahəsi, 1 815-i qeyri-yaşayış binası, 4 320-si qeyri-yaşayış sahəsi, 415-i əmlak kompleksi, 68-i isə çoxmərtəbəli yaşayış binasıdır. Bunların 56 177-si Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Hesabat dövründə 245 855 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə 1 il əvvələ nisbətən 61,2 % çoxdur.

İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 17,3 % artaraq 46 611 təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti