...

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi edən abituriyentlərin sayı açıqlanıb

Cəmiyyət Materials 2 Sentyabr 2023 12:19 (UTC +04:00)
Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi edən abituriyentlərin sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə avqustun 31-dən başlanan ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, bu gün saat 11:55-dək 2657 abituriyent (Azərbaycan bölməsi -2640, rus bölməsi -17) ixtisas seçimi edib.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçimi sentyabrın 4-dək internet vasitəsilə aparılır.

Qeyd edək ki, mayın 14-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti