...

Elm və Təhsil Nazirliyi bu müəllimlərə müraciət etdi

Cəmiyyət Materials 5 Sentyabr 2023 11:10 (UTC +04:00)
Elm və Təhsil Nazirliyi bu müəllimlərə müraciət etdi

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində müraciətini təsdiqləmiş namizədlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Trend xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd edək ki, müsabiqə müddətsiz əsaslarla çalışan müəllimlərə elektron sistem üzərindən öz istəyi əsasında iş yerini qarşılıqlı dəyişdirmək imkanı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti