...

29 ildir ki, qardaşımın həsrəti ilə yaşayırıq - I Qarabağ müharibəsində itkin düşən şəxsin bacısı

Cəmiyyət Materials 5 Sentyabr 2023 16:02 (UTC +04:00)
29 ildir ki, qardaşımın həsrəti ilə yaşayırıq - I Qarabağ müharibəsində itkin düşən şəxsin bacısı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Şuşa. Trend:

29 ildir ki, qardaşımın həsrəti ilə yaşayırıq.

Bunu Trend-ə açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşən Vəfadar Mirzəyevin bacısı Fəridə Məlikova deyib.

O qeyd edib ki, 1994-cü ilədən qardaşı itkindir.

“Deyilənə görə Murovdağ istiqamətində itkin düşüb. Bura gəlməkdə məqsədimiz təsəlli üçün tapmaqdır. Bəlkə qardaşımız burda olub, bəlkə burda basdırılıb. Bəlkələr çoxdur. Hələ də gözləyirik”, - deyə qadın əlavə edib.

Qeyd edək ki, bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailə üzvləri Şuşa həbsxanası ərazisində aşkarlanan kütləvi məzarlığı ziyarət edib.

Onlara kütləvi məzarlıqla bağlı məlumat verilib.

Xatırladaq ki, avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti