...

Azərbaycanda yeni təyin olunan nazirin müavini işdən çıxarıldı

Cəmiyyət Materials 8 Sentyabr 2023 12:42 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib.

Trend xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Sərəncama əsasən, Həbib Məzahir oğlu Novruzov vəzifədən çıxarılıb.

Qeyd edək ki, Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikasında yeni rabitə və yeni texnologiyalar naziri təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti