...

Mövcud müəllim sayının 10-15 faizinin yenilənməsini düşünürük - Nazir

Cəmiyyət Materials 11 Sentyabr 2023 12:40 (UTC +04:00)
Mövcud müəllim sayının 10-15 faizinin yenilənməsini düşünürük - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsildə ən əhəmiyyətli dövr erkən yaş dövrüdür. İkinci dövr ibtidai təhsildir.

Trend xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında söyləyib.

Nazir məktəbəqədər təhsil müəssisələrində çalışanların bu sahənin mütəxəssisi olmaması problemindən danışıb. Eyni zamanda qeyd edib ki, ölkədə bütün ibtidai sinif müəllimləri sertifikasiyadan keçirilib.

“2026-cı ildə mövcud müəllimin sayının 10-15 faizinin yenilənməsini düşünürük”, - deyə Emin Əmrullayev qeyd edib.

Qeyd edək ki, Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilir. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, millət vəkilləri, ali məktəb rektorları, nazirliyin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllimlər və KİV nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti