...

Nikahdan əvvəl aparılan tibbi müayinələr artırılır - RƏSMİ

Cəmiyyət Materials 15 Sentyabr 2023 10:21 (UTC +04:00)
Nikahdan əvvəl aparılan tibbi müayinələr artırılır - RƏSMİ
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Nikahdan əvvəl ixtioz və bullyoz epidermoliz xəstəliyinin də tibbi müayinəsi aparılacaq.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin ““2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamında əksini tapıb.

Sərəncamda qeyd olunub ki, ixtioz və bullyoz epidermoliz xəstəliyinin irsi olaraq keçdiyi nəzərə alınmaqla, risk qrupuna daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinələri aparılmalıdır.

Bu məqsədlə qanunvericilikdə dəyişiklik edilməsinə dair təkliflər hazırlanacaq, tibbi müayinələri həyata keçirən tibb müəssisələri müəyyən ediləcək və digər müayinələrlə yanaşı, qeyd edilən xəstəliyin müayinəsinin aparılmasına ciddi nəzarət olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti