...

Sabah 27 dərəcə isti olacaq

Cəmiyyət Materials 19 Sentyabr 2023 12:49 (UTC +04:00)
Sabah 27 dərəcə isti olacaq

Trend-i buradan izləyin

Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 766 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65% olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

Xəbər lenti

Xəbər lenti