...

Süleyman Mikayılov Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2023 10:16 (UTC +04:00)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirilib.

Trend xəbər verir ki, 44 gün davam edən müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatmış və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib. Ordu ilə bir olan xalq iradə, əzmkarlıq, milli ruh nümayiş etdirərək tarixi ədaləti bərpa etdi.

“Anım Günü” ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Qaradağ rayon Lökbatan qəsəbəsində və Qızıldaş qəsəbəsində yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığlarını ifadə ediblər. Şəhidlərin və qazilərin ailə üzvlərinə olan qayğının hər zaman yüksək səviyyədə olduğunu bildiriblər.

İcra Hakimiyyəti başçısı tərəfində Şəhid ailələri ilə səmimi söhbət edilmiş oları narahat edən məsələlər araşdırılmış və yerində həll edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti