Bakı. Trend:
24 adda təkmilləşdirilən və 37 yeni dərsliyə 122 nəfər nazirlik eksperti və 43 qurumun eksperti rəy göndərib.
Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdiri bildirib ki, bu dərsliklərə ümumilikdə 18 min 300 rəy daxil olub:
"Ən çox 11-ci sinif Azərbaycan tarixi dərsliyinə rəy daxil olub. Bu dərsliyin layihəsinə 722 rəy daxil olub. Rəylər müəllif və ekspert qrupu tərəfindən təkrar müzakirə olunur və yekunda dərslik formasına salınır.
Çox rəy alan ikinci dərslik 8-ci sinif ümumi tarix dərsliyidir - 713 rəy daxil olub. Ən az rəy - 11-ci sinif ədəbiyyat dərsliyinə 121 rəy, fransız dili 4-cü sinif fənninə isə 124 rəy daxil olub".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Təhsil masası"nda dərsliklər və onların məzmunu barədə suallara aydınlıq gətirib.