Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən Xaçmaz şəhərinin yol infrastrukturunun təkmilləşdirilməsi üçün kompleks tədbirlər və yenidənqurma işləri davam etdirilir.
Trend xəbər verir ki, tədbirlər planına uyğun olaraq hazırda rayon mərkəzində daxili küçələrə asfalt örtüyü çəkilir. Bu istiqamətdə işlər Süleyman Rəhimov, Xəlil Rza Ulutürk, Süleyman Rüstəm , Mərdanov Qardaşları və Cəlal İslamov küçələrində aparılır.
İlin sonunadək Xaçmaz şəhərində ümumilikdə 29 küçəyə yeni asfalt örtüyünün çəkilməsi planlaşdırılır.