...

Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu edam olunacaq

Cəmiyyət Materials 2 Oktyabr 2023 01:39 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə basqın edən Yasin Hüseynzadə edam olunacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan dövlət televiziyası məlumatlı mənbəyə istinadən xəbər verir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Xəbər lenti

Xəbər lenti