...

Regionlarda ipoteka qaydalarını dəyişdirək – Təklif

Cəmiyyət Materials 2 Oktyabr 2023 12:11 (UTC +04:00)
Regionlarda ipoteka qaydalarını dəyişdirək – Təklif
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“İpoteka haqqında” qanuna fərqli yanaşmalıyıq. Bakıda da, regionlarda da eyni qaydadadır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən iclasda deyib.

O qeyd edib ki, əgər gənclərin regionda qalıb işləməsini, ailə qurub yaşamasını istəyiriksə, ipoteka qaydaları dəyişdirilməlidir.

“Regionlarda əməkhaqqı Bakı ilə eyni deyil. Ona görə də ipotekada dəyişiklik etməliyik ki, gənclər regionlarda ev alıb, ailə qurub orada yaşasınlar”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti