...

Qardaşını qətlə yetirən şəxsin istintaqı başa çatıb

Cəmiyyət Materials 2 Oktyabr 2023 17:50 (UTC +04:00)
Qardaşını qətlə yetirən şəxsin istintaqı başa çatıb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 17-də Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Amil Şirqasımovun qəsdən öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Biləsuvar rayon Prokurorluğundan Trend-ə verilən xəbərə görə, istintaqla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun rayonun, Xırmandalı kəndi ərazisində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Abuzər Şirqasımova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti