Bakı. Trend:
Azərbaycan Beynəlxalq Astronavtika Konqresinin keçirilməsində həqiqətən böyük iş görüb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində qəbulu zamanı Türkiyə Milli Kosmos Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım deyib.
Onun sözlərinə görə, bu konqresdə dərin kosmosun tədqiqi, kosmik turizm, Ayın baza kimi istifadəsi, Marsa uçuşlar və daha çox şeylər fəal müzakirə olunur.
O qeyd edib ki, üç aydan sonra Türkiyə elmi missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk astronavtı göndəriləcək və bu, Türkiyənin bu sahədə fəal irəliləyişini sübut edir.
Xatırladaq ki, oktyabrın 2-də Azərbaycan Respublikası Kosmik Agentliyi ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi işə başlayıb.
Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, sərmayədarların və özəl kosmik şirkətlərin, yerli və beynəlxalq medianın nümayəndələri, o cümlədən 101 ölkədən 5000-dən çox nümayəndə iştirak edir. Beynəlxalq Astronavtika Konqresində sərgi pavilyonunda 150 şirkət təmsil olunur.
Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.