Bakı. Trend:
Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində yerləşən altımərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 60 m² olan obyektin (ofis kimi fəaliyyət göstərir) bir otağında 6 m² sahəyə yığılan kompüter avadanlığı yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan dəhlizdə tavanın yanar konstruksiyaları 8 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
xxx
Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əlavə məlumat veriləcək.
xxx
14:24
Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın başlayıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.