...

Kişi keçmiş arvadını gözəllik salonunda öldürüb - Bakıdakı qətlin TƏFƏRRÜATI

Cəmiyyət Materials 26 Oktyabr 2023 20:50 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xətai Rayon Prokurorluğu Bakıdakı qətllə bağlı məlumat yayıb.

Trend-in xəbərinə görə, bildirilib ki, bu gün 1987-ci il təvəllüdlü Pərvanə Tanrıverdiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1982-ci il təvəllüdlü Zamin Tanrıverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Qeyd edək ki, Daxili İşlər Naziriyinindən bildirilib ki, paytaxtın Xətai rayonunda 1987-ci il təvəllüdlü Tanrıverdiyeva Pərvanə Mirkazım qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 1982-ci təvəllüdlü Tanrıverdiyev Zamin Teyyub oğlu könüllü polisə gələrək təslim olub. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Xəbər lenti

Xəbər lenti