Bakı. Trend:
Atamın 18 yaşında ağrı-acılarla tərk etdiyi Laçına 18 yaşımda sevinclə qayıdıram.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Özal Həsənzadə deyib.
Onun sözlərinə görə, uzun illərdən sonra ata-ana yurduna qayıtmağın sevincini yaşayırlar.
"Ali Baş Komandınımıza uzun-ömür, can-sağlığı arzulayıram. Şəhid ailələrinə başsağlığı diləyirəm. Bizə bu sevinci yaşatdıqları üçün şəhid və qazilərin analarının əllərindən öpürəm", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Laçına 20 ailə (70 nəfər) köçürülüb. Ümumilikdə, Laçın şəhərinə cəmi 315 ailə (1205 nəfər) köçürülüb.