Bakı. Trend:
Qubanın Birinci Nügədi kəndində 15 yaşlı yeniyetmə dəm qazından boğulub.
Trend xəbər verir ki, Siyəzən rayon sakini Əskərova Gülbacı Gülağa qızı ailəsi ilə birlikdə kirayədə yaşadıqları evin hamam otağında dəm qazından boğularaq ölüb.
Əsgərovlar ailəsi Qubaya iki gün əvvəl işləmək üçün gedib.
Faktla bağlı araşdırma aparılır.