...

Üç nəfərin bank kartından oğurluq edən şəxs ƏLƏ KEÇİB

Cəmiyyət Materials 10 Noyabr 2023 10:27 (UTC +04:00)
Üç nəfərin bank kartından oğurluq edən şəxs ƏLƏ KEÇİB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda üç nəfərin bank kartından 1482 manat oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda üç nəfərin bank kartlarından hesablarındakı ümumilikdə 1482 manat pulu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Cabir Əsgərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti