...

Qusar, Xınalıq, Şahdağda qar yağıb - FAKTİKİ HAVA

Cəmiyyət Materials 10 Noyabr 2023 18:41 (UTC +04:00)
Qusar, Xınalıq, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Trend Xidmətə istinadən xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, səhər saatlarına nisbətən küləyin sürəti zəifləyib, 23 m/s qeydə alınıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Bölgələrdə də qeyri-sabit , yağıntılı hava şəraiti müşahidə olunur.

Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Aıtıağac, Şəki, Xaltan Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit , yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti