...

Qudyalçay üzərində inşa olunan yeni körpünün aşırım tirləri montaj olundu (FOTO)

Cəmiyyət Materials 13 Noyabr 2023 16:46 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası sürətlə davam edir.

Trend xəbər verir ki, iki aşırımlı yeni körpünün uzunluğu 66, eni isə 14.5 metr olacaq. Körpüdə piyadalar üçün 2 hərəkət zolağı da nəzərdə tutulub.

Artıq sözügedən körpünün dayaqlarının, orta dayaq bünövrəsinin və sütünlarının inşası yekunlaşıb. Dayaqlar üzərində aşırım tirlərinin montaj işləri də tamamlanıb. Hazırda tirlərin üzərinin betonlanması üçün hazırlıq işləri aparılır. Bundan başqa çay məcrasında mühafizə bəndinin və istinad divarlarının inşası da davam etdirilir.

Yeni körpünün tikintisinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq işlər fasilə verilmədən davam etdirilir.

Xatırladaq ki, yeni körpü inşa edilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilərək istifadəyə verilib. 200 metr uzunluğa malik sözügedən müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunub.

Bundan başqa sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan da istifadə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti