Bakı. Trend:
Bizi Laçına qovuşduran Ali Baş Komandanımıza sonsuz təşəkkür edirik.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Güladə Tağıyeva deyib.
Laçın sakini qeyd edib ki, Laçın həsrətinə artıq son qoyulub. Biz doğma yurdumuza dönürük.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Şəhid ailələrinin qarşısında baş əyirik. Onlar canı bahasına o torpaqları bizə qaytardılar", -deyə o bildirib.
Qeyd edək ki, bu gün də daxil olmaqla Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.