...

Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Cəmiyyət Materials 18 Noyabr 2023 11:26 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

53 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi "Elmlər Akademiyası" metrostansiyası, son daynacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

4 nömrəli müntəzəm marşrutunun istismarı isə "BakuBus" MMC-yə həvalə edilib.

Həmçinin, marşrutun hərəkət istiqaməti dəyişdirilərək Bakı Ağ şəhər yaşayış sahəsinə yönləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti