...

Hepatit virusuna yoluxan uşaqların son vəziyyəti AÇIQLANIB

Cəmiyyət Materials 18 Noyabr 2023 14:37 (UTC +04:00)
Hepatit virusuna yoluxan uşaqların son vəziyyəti AÇIQLANIB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Kəskin virus hepatiti diaqnozu ilə Mingəçevir şəhərindən Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına gətirilən 6 nəfərdən (4-ü oğlan, 2-si qız olmaqla) biri evə buraxılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, bir nəfərin vəziyyətində yaxşılaşma müşahidə olunur.

Digərlərinin vəziyyəti stabil olaraq qalır. Hər birinin müayinə və müalicələri davam etdirilir.

Qeyd edək ki, 6 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib və Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub. Xəstələrin müalicəsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti