...

Bakıda daha bir neçə dönərxananın fəaliyyəti dayandırılıb - SİYAHI

Cəmiyyət Materials 24 Noyabr 2023 14:36 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinə vətəndaşlardan daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrdə paylaşımlar və mediada dərc olunmuş məlumatlar müvafiq qaydada təhlil edilərək, bu sahədə araşdırmaların miqyası daha da genişləndirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Agentlik dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələrini açıqlayıb. Noyabr ayının ilk ongünlüyündə keçirilən monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsində uyğunsuzluq aşkarlanmış aşağıda adları qeyd olunan dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən növbəti plandankənar yoxlamalar həyata keçirilib:

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 7A ünvanında fəaliyyət göstərən dönərxana;
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində (160 nömrəli marşrut xəttinin son dayanacağı) fəaliyyət göstərən “Kral Dönər”;

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 2 ünvanında fəaliyyət göstərən “Stop Dönər”;
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 122 ünvanında fəaliyyət göstərən dönərxana;

Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında fəaliyyət göstərən "Şaurma" restoranı;
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Z.Əliyev küçəsi 27Q ünvanında fəaliyyət göstərən "Doneritto" restoranı;

Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında fəaliyyət göstərən "Dönər Storm";
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Sədərək TM, Zona 3, korpus 15, mağaza 127 ünvanında fəaliyyət göstərən "Ordubad" kafesi.

Yoxlama zamanı qida blokunda çalışan işçi personaldan, qidaların hazırlanması sahələrində səthlərdən, alət və ləvazimatlardan, doğrama lövhələrindən, dönər şişlərindən, “Çiy toyuq əti dönəri”, “Çiy mal əti dönəri”, “Bişmiş toyuq əti dönəri”, “Bişmiş mal əti dönəri” və digər məhsullardan nümunələr götürülüb. Müayinələr nəticəsində “S.Aureus”, “E.Coli”, “Salmonella” aşkarlanıb.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda qida obyektlərində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti