...

İpoteka krediti ilə mənzil alanlara niyə ev verilmir? - Nazirdən AÇIQLAMA

Cəmiyyət Materials 27 Noyabr 2023 16:38 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev ipoteka krediti ilə mənzil əldə edən imtiyazlı şəxslərə mənzil verilməməsinin səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib ki, imtiyazlı şəxslərə mənzil verilməsi növbəlilik əsasında aparılır.

“Növbəlilik yeri icra orqanları tərəfindən aparılır. Onların mülkiyyətində olan mənzil sahəsi nəzərə alınır. Qanunvericiliyin tələbi də ondan ibarətdir ki, hər hansı imtiyazlı şəxs mənzil uçotuna götürüldükdə mülkiyyətindəki mənzil sahəsi nəzərə alınmalıdır. Sahə normativdən aşağıdırsa, çatışmazyan hissə qədər mənzil sahəsi nəzərə alınıb.

Bu günə qədər 14 150 mənzil verə bilmişik. Ancaq I və II Qarabağ müharibəsi şəhidləri və əlilləri nəzərə aldıqda, bu rəqəm verilən mənzil sayından qat-qat çoxdur. Belə tələbin mənzil məcəlləsindən çıxarılması bu gün ehtiyacı daha yüksək olanlar gözləyə-gözləyə digər kontingentə 2-ci və ya 3-cü evin verilməsi ilə nəticələnə bilər. Ən azından mənzil mülkiyyəti olmayan insanların təminatı yekunlaşanadək mexanizmlə davam etməlidir, sonra növbəti mərhələdə digər şəxslərin mənzil təminatına baxıla bilər”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti