Dekabrın ilk yarısında hansı fənn müəllimlərinin sertifikasiya olunacağı bəlli olacaq.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
Təkrar sertifikasiyadan kəsilən 743 şəxslərlə əlaqəli yaradılan komissiya hər biri əlaqə saxlayıb və onlara təkliflər verilib. Həssas qrupdan olan və bizə iş üçün müraciət edən 130 nəfər təhsil müəssisələrində müxtəlif işlərlə təmin olunub
Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.