Bakı. Trend:
Səhiyyə Nazirliyində ana ölümü və ölümlə nəticələnməyən ağırlaşmalar komissiyası var. Hər bir hadisəni TƏBİB-lə bir yerdə müzakirə edirik.
Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, 24 saat içərisində sənədlər daxil olur və araşdırılır.
“Araşdırmalar nəticəsində ağrılı və problemli nöqtələri aşkar edirik", - deyə nazir müavini bildirib.
Nazir müavini əlavə edib ki, regionlarda selektiv abortla bağlı atalarla maarifləndirmə işləri aparılır və bunun müsbət dinamikası rəqəmlərdə özünü göstərir.
Qeyd edək ki, Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilir. İclasda səhiyyə nazirinin müavini İlqar Qasımov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Vüsal Nəsirli, deputatlar və digər qonaqlar iştirak edir.