Bakı. Trend:
İnsan hüquqlarının təminatına xüsusi önəm verilərək hələ 2000-ci ildə nazirlikdə İnsan hüquqları şöbəsi yaradılıb, daha sonra səlahiyyətləri genişləndirilərək müstəqil idarə kimi fəaliyyət göstərib.
Trend xəbər verir ki, bunu “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfransda ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
O qeyd edib ki, fəaliyyəti müasir çağırışlara uyğun təşkil edilmiş İdarə ədliyyə sahəsində insan hüquqlarının müdafiəsi, ictimaiyyət, vətəndaş cəmiyyəti və media ilə vahid kommunikasiya siyasətinin həyata keçirilməsi ilə bağlı mühüm funksiya və vəzifələri yerinə yetirir, bu sahədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili, Milli Məclisin aidiyyəti komitələri və digər qurumlarla səmərəli qarşılıqlı fəaliyyət həyata keçirir:
"Həmçinin, BMT və digər beynəlxalq təşkilatlarla insan hüquqları
sahəsində birgə tədbirlər təşkil olunur.
İnsan hüquqlarının müdafiəsinin mühüm mexanizmlərdən biri ictimai
nəzarətin, dövlət idarəçiliyində ictimaiyyətin fəal iştirakının
təmin olunmasıdır".
Nazir müavini vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işləri aparılaraq soydaşlarımızın öz doğma torpaqlarına intensiv qayıdışı ilə, insan hüquq və azadlıqlarının ölkəmizin bütün ərazisində tam və mütəmadi həyata keçirilməsi təmin olunmaqdadır:
"Ədliyyə Nazirliyi tərəfindən həmin ərazilərə qayıdan əhalinin hüquqlarının qorunması diqqətdə saxlanılaraq onlara səyyar qaydada müxtəlif ədliyyə xidmətləri göstərilməkdədir".