Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-də Azərbaycan pavilyonunu 6 mindən çox şəxs ziyarət edib.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bu il noyabrın 30-dan dekabrın 12-dək keçirilən sessiyada Azərbaycan ilk dəfə olaraq pavilyonla təmsil olundu. Pavilyon Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılmışdı.
COP28-də fəaliyyətini uğurla başa vuran ölkəmiz artıq COP29-un ev sahibidir.