Bakı. Trend:
Ümummilli Lider "Heydər Əliyev İli"ndə öz doğma diyarıma köçməyim mənim üçün özəl tarixdir.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Zeynalova Mətanət deyib.
O qeyd edib ki, Füzulini 12 yaşında tərk etmək məcburiyyətində qalıb.
“Bu gün biz tarixi bir günü yaşayırıq. Bu tarixi bizə yaşadanlar şəhidlər və qazilərdir. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə təşəkkür edirəm. Ən əsası Ali Baş Komandanımıza təşəkkür edirəm ki, bu tarixi günü bizə yaşatdı”, - deyə o, qeyd edib.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 380 ailənin, yəni 1392 nəfərin daimi məskunlaşması təmin edilib.