...

Ölkədə koronavirusa yoluxma ilə bağlı vəziyyət necədir? - AÇIQLAMA

Cəmiyyət Materials 27 Dekabr 2023 09:29 (UTC +04:00)
Ölkədə koronavirusa yoluxma ilə bağlı vəziyyət necədir? - AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda bir çox viruslar yayılmağa davam edir. Kəskin respirator virusla müraciət edənlərdən koronavirus yaxma testi də götürülür.

Bu barədə Trend-in suallarını cavablayarkən həkim-infeksionist İlhamə Şirinova deyib.

"Koronavirus testi pozitiv çıxanlar da olur, lakin xəstə yüngül əlamətlərlə sağalır, ağırlaşma olmur. Biz bunu vaksinasiyanın yaxşı aparılması ilə əlaqələndiririk. Hər bir şəxs koronavirusa qarşı vaksin olunub. Hazırda ölkədə COVID-19-a yoluxub, ağırlaşanlar yoxdur. Yoluxma faizi aşağıdır. Ölkədə vaksinasiyanın yaxşı aparılması xəstələrin ağırlaşmasının qarşısını alır", - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ-də COVID-19-un yeni "JN.1" variantının yayılması amerikalıların vaksinasiya məsələsində aktivliyinin azalması fonunda son iki həftə ərzində ikiqat artıb. ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatlarına görə, ölkədə koronavirusla bağlı ölüm hallarının 44 faizinə "JN.1" variantı səbəb olub. Yoluxmanın artma səbəbi olaraq vaksinasiya prosesinin zəif olması göstərilir.

"JN.1" variantının "Omicron" ştammının alt-növü olduğu qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti