...

Koronavirusun tamamilə yox olması barədə düşünmək mümkün deyil - Yaqut Qarayeva

Cəmiyyət Materials 8 Yanvar 2024 17:21 (UTC +04:00)
Koronavirusun tamamilə yox olması barədə düşünmək mümkün deyil - Yaqut Qarayeva
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

SARS-CoV-2 virusunun tamamilə yox olması barədə düşünmək mümkün deyil. Təbiətdə belə bir hala yalnız bir dəfə - təbii çiçək xəstəliyində rast gəlinib.

Trend xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, ümumi bir proqram və peyvəndləmə nəticəsində həmin xəstəlik tamamilə eradikasiya olunub. Ondan başqa olan bütün yoluxucu xəstəliklər mövcuddur.

"Xüsusilə də ilk mənbəyi heyvanlardan gələn yoluxucu xəstəlikləri - yeri gəlmişkən, COVID-19 da heyvanlardan gəlib - tam şəkildə yox etmək çox çətindir, çünki onların hər zaman təbiətdə sirkulyasiyası mövcuddur.

İki-üç il bundan əvvəlki vəziyyətə baxanda pandemiyaya qalib gəlsək də, COVID-19 xəstəlik kimi həmişə bizimlə olacaq. Biz bunu əvvəl də deyirdik. Bir influenza və ya fərqli respirator virus kimi həmişə mövcuddur. Bir çox fərqli respirator viruslar var ki, hər zaman payız-qış mövsümündə insanlar arasında yayılır. Biz onların hamısına qrip deyirik, lakin onların arasında müxtəlif viruslar var. COVID-19 xəstəliyi də həmin sıraya qoşulacaq və demək olar ki, artıq qoşulub. Ümumdünya Səhiyyə Təşkilatı da respirator xəstəliklərin, o cümlədən, COVID-19 və qrip xəstəliklərinin son vaxtlar artmasını nəzərə alaraq tövsiyələr verib. Kəskin respirator virus xəstəlikləri hər ilin payız-qış mövsümündə artır.

Onların arasında hər mövsümdə hansısa virus daha dominant olur. Yada salsaq ki, pandemiya vaxtı qrip virusu demək olar ki, yox idi, ancaq COVID var idi. Ola bilər ki, o vaxt özünü göstərməyən viruslar indi üzə çıxır. Bu, hər zaman olub və təəssüf ki, bu şəkildə də davam edəcək. Ona görə də qabaqlayıcı tədbirlər görməli və həmin proseslərə hazır olmalıyıq", - deyə Y.Qarayeva bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti