Bakı. Trend:
Yaxınlıqda piyada keçidi olmasına baxmayaraq, yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub.
Trend xəbər verir ki, bu barədə DİN Nəqliyyatda İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi Bakı-Sumqayıt şosesində baş verib.
"Qəza səbəbindən Xırdalan dairəsi istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür", - məlumatda deyilir.