...

Bakı-Quba-Rusiya yolu ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Cəmiyyət Materials 12 Fevral 2024 12:29 (UTC +04:00)
Bakı-Quba-Rusiya yolu ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72.5-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq 13 fevral saat 9:00-dan axşam saatlarınadək işlərin aparıldığı istiqamətə uyğun əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunacaq.

Trend-in məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmağı, yol hərəkəti qaydaları və iş aparılan ərazilərdə qoyulan müvəqqəti nişanların tələblərinə riayət etməyi xahiş edir.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti