...

Bakıda mənzildən iki nəfərin meyiti tapıldı (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 13 Fevral 2024 20:00 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

xxx

Bakıda mənzildən iki nəfərin meyiti tapılıb.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.

Xəbər lenti

Xəbər lenti