...

Bərdədə baş verən qəzada ölənlərin adları məlum olub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 28 Fevral 2024 21:52 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə baş verən qəzada ölənlərin adları məlum olub.

Trend-in yerli müxbiri xəbər verir ki, qəza zamanı Bərdə rayon Seyidyusifli kənd sakinləri 1986-cı il təvəllüdlü Qasımov Eldeniz Ələkbər oğlu, və 1985-ci il təvəllüdlü Qocayev Anar Rafiq oğlu aldıqları xəsarətlərdən ölüblər.

XXX

21:28

Bərdədə baş verən qəzada xəsarət alanların adları məlum olub.

Qəza zamanı 2003-cü il təvəllüdlü Abbasov Ömər Vüqar oğlu, 1996-cı il təvəllüdlü Əliyev Səxavət Novruz oğlu, 2003-cü il təvəllüdlü Allahverdiyev Elşən Arif oğlu, 1991-cı il təvəllüdlü Qasımov Elçin Nasif oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə bildirilib ki, hazırda onların müayinələri Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri orta ağırdır.

20:43

XXX

Bərdədə ağır yol qəzası baş verib.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb.

"Mercedes Benz" markalı minik avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə "VAZ-2107" marakl avtomobildə olan iki nəfər aldıqları ağır xəsarətlərdən ölüb. Dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti