Bakı. Trend:
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı Biləcəri və Xocəsən qəsəbələri ərazilərindən 2 Kalaşnikov avtomatı, 59 patron və 2 patron darağı aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, idarə əməkdaşları tərəfindən fevralın əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 51 nəfər saxlanılıb.
Onlardan 7 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilib. Həmin dövrdə vətəndaşlarla aparılan profilaktik söhbətlər zamanı 13 odlu silah və 3600 patron polis əməkdaşlarına könüllü təhvil verilib.