...

"Crocus City Hall"da törədilən terror aktı Rusiya xalqı üçün böyük müsibətdir - Bakı sakini

Cəmiyyət Materials 23 Mart 2024 12:58 (UTC +04:00)
"Crocus City Hall"da törədilən terror aktı Rusiya xalqı üçün böyük müsibətdir - Bakı sakini
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

"Crocus City Hall"da törədilən terror aktı Rusiya xalqı üçün böyük müsibətdir.

Trend xəbər verir ki, bu barədə terror aktında ölənlərin xatirəsini anmaq üçün Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısına gələn Bakı sakini Emin Bağırov jurnalistlərə deyib.

"Baş verənlər Rusiya xalqı üçün böyük müsibətdir. Bu, misli görülməmiş hadisədir. Həlak olanların yaxınlarına başsağlığın verirəm", - o bildirib.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Terror aktında ölənlərin sayı 93 nəfərə çatıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti