...

Balıq tutan kişini elektrik cərəyanı vurub öldürdü

Cəmiyyət Materials 26 Mart 2024 14:10 (UTC +04:00)
Balıq tutan kişini elektrik cərəyanı vurub öldürdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Saatlı rayonunda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb.

Trend xəbər verir ki, hadisə səhər saatlarında rayonun Orta Muğan kəndi ərazisində qeydə alınıb.

Rayonun Qara Nuru kənd sakini Amil Səmədov balıq tutan zaman tilov yüksək gərginlikli elektrik naqilinə toxunub və cərəyanın təsirinə məruz qalan balıqçı ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti