...

Artıq çəki ilə mübarizədə əsas düstur kalori defisiti yaratmaqdır - SN

Cəmiyyət Materials 27 Mart 2024 15:20 (UTC +04:00)
Artıq çəki ilə mübarizədə əsas düstur kalori defisiti yaratmaqdır - SN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Artıq çəki ilə mübarizədə əsas düstur kalori defisiti yaratmaqdır. Yəni bədəndə yandırılan kalori, qəbul ediləndən çox olmalıdır. Nəticədə artıq çəki dediyimiz iç və dəri altı yağlar toplanmağa imkan tapmadan parçalanır.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, Novruz bayramında orqanizmdə karbohidrat axını baş verir. Dadlı şirniyyatlardan keçmək mümkünsüz görünür və nəticədə bel çevrənizin piylənməsi üçün ideal şərait yaranır. İnsan, beynində qarşıya qoyduğu problemin həlli üçün mütləq bir düstur olduqda, onun həllinə çalışır. Əks halda nə edəcəyini bilmədikdə, beyin yorulmasın deyə, özünü əziyyətə vermir və şəkərdən zövq almağa davam edir

“Niyə mövzunu şəkər üzərində qurmuşuq. Çünki, şəkəri, insanın əsas zərərli vərdişi limi qəbul etmək lazımdır. Burada digər sual meydana çıxır: bəs yağlar? Sağlam yağlardan qorxmaq lazım deyil.
Yediyiniz hər paxlavanın və şəkərburanın hesabını kalori verərək ödəmək lazımdır. Bunun üçün yürüyüş etmək, aralıqlı ac qalmaq tövsiyə olunur. Yəni minimum 4 və 8-12 saatlıq ac qalmaqla bədəndə metabolizmi aktivləşdirə və yağları yandırmaq mümkündür. Hər gün aktiv templə ən azı 40 dəqiqə yürüş etmək həm fiziki, həm də psixoloji olaraq sağlam qalmağa faydalıdır”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti