...

Bərdədə mopedlə maşın toqquşdu - Xəsarət alan var (FOTO)

Cəmiyyət Materials 28 Mart 2024 14:36 (UTC +04:00)
Bərdədə mopedlə maşın toqquşdu - Xəsarət alan var (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə mopedlə minik avtomobili toqquşub.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Cəfərov Zabil Cəfər oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili Amil adlı şəxsin idarə etdiyi mopedlə toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti